Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Ermənistanla münasibətin normallaşması üçün Türkiyənin yeganə şərti: Hakan Fidan açıqladı
Ermənistanla münasibətin normallaşması üçün Türkiyənin yeganə şərti: Hakan Fidan açıqladı

Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”,- o, “Türkiyə” qəzetinə deyib.
Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir.
“Biz razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhəd (delimitasiya) ilə bağlı son qərarlar bu irəliləyişin bariz nümunəsidir”, - Türkiyə XİN rəhbəri bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti