Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Ermənistan bu məsələdə də Rusiyaya “atıb” – Moskva cavab gözləyir, İrəvan susur
Ermənistan bu məsələdə də Rusiyaya “atıb” – Moskva cavab gözləyir, İrəvan susur

Moskva Qafandakı baş konsulun ekzekvaturası ilə bağlı İrəvandan cavab gözləyir, bu prosedur diplomatik qurumun açılması üçün lazımdır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. O deyib ki, Ermənistan tərəfi əvvəllər Rusiya Baş Konsulluğunun açılmasına prinsipial razılıq verib, daha sonra Rusiya tərəfi baş konsul üçün ekzekvatur (baş konsulun ev sahibi ölkə tərəfindən tanınması) istəyib.
Moskva indi cavab gözləyir. Ermənistan tərəfinin hələ də müvafiq materialları niyə göndərməməsinə gəlincə, Zaxarova sualı İrəvana ünvanlamağa çağırıb.
Rusiyanın Sünikdə baş konsulluğunun açılması məsələsi son iki ildə nəzərdən keçirilir.

Şərhlər