Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb - Hikmət Hacıyev
Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb - Hikmət Hacıyev

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır. Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”, – o vurğulayıb.



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti