Neft bazarında vəziyyət tənzimləməyə çalışan OPEK+ ölkələri aprelin 10-da “Böyük iyirmilik” ölkələrinin energetika nazirlərinin görüşünü təşkil etməyə çalışırlar.
Musavat.com xəbər verir ki, bu barədə neft sektorundakı mənbələrdən Bloomberg agentliyinə məlumat daxil olub. Mənbələr bildiriblər ki, görüşü aprelin 9-da OPEK+ ölkələrinin görüşünün sabahına təyin etməklə ABŞ-ın da hasilatın azaldılması üzrə danışıqlara cəlb olunmasına şərait yarada bilər.
Mənbələr onu da bildiriblər ki, bu gün OPEK+ ölkələri neft hasilatının azaldılması istiqamətində danışıqlarda xeyli irəliləyişə nail olublar.
Bloomberg-in məlumatına görə, Rusiya ABŞ hasilatın azaldılması barədə yeni sazişə qoşularsa, neft istehsalını 10 faiz azaltmağa razıdır. Agentlik bildirir ki, Moskva azaldılacaq hasilat həcminin 10 fazini – yəni 1 milyon bareli öz üzərinə götürməyə hazırdır.
Qeyd edək ki, Rusiya prezidentin Vladimir Putin də hasilatın 10 milyon barel azaldılmasını mümkün saydığını bidirmişdi. Bir şərtlə ki, azalma bu ilin birinci rübündəki səviyyədən hesablansın.