Bunlar “Şuşa İli” fonunda baş verəcək - Şərh
Tarix: 7-01-2022, 12:57
Baxılıb: 417
Google+ Paylaş
Tumblr Paylaş

Bunlar “Şuşa İli” fonunda baş verəcək - Şərh

7-01-2022, 12:57

“Fikrimcə, 2022-ci ilin “Şuşa İli” elan edilməsi 270 il əvvəl onun təməlinin Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulması ilə bağlıdır. Bu, düzgün və yerində atılmış bir addımdır. Bütün bunlar onu göstərir ki, Şuşa bizim üçün nə qədər önəmli bir nöqtədir. Həm də strateji nöqtələrdən biridir. Ümid edirəm ki, 2022-ci ildə biz Xankəndi, Ağdərə, Xocavənddə də suveren hüquqlarımızı bərpa edəcəyik. Orada da öz mövqelərimizi möhkəmləndirəcəyik. Arzu edirəm ki, bütün bunlar Şuşa İli fonunda baş versin”. 
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib. 
Ekspert 2022-ci ildə Ermənistanla Azərbaycan arasında böyük sülh sazişinin imzalanması ilə bağlı sualımıza da münasibət bildirib:
“2022-ci ilin böyük sülh ili olacağı çətin görsənir. Çünki bizim hələ də Ermənistanla həll edilməyən məsələlərimiz var. Hələ də demarkasiya və delimitasiya məsələlərinin həlli açıq qalır. Ermənistan mina xəritələrini tam şəkildə Azərbaycan tərəfinə təqdim etməyib. Yenə də bizim əsgər və zabitlərimiz minaya düşür. Ona görə də 2022-ci ilin böyük sülh ili olacağını söyləməkdə çətinlik çəkirəm. Baş nazirlərin müavinlərindən ibarət qurulan üçtərəfli komissiya da hələ ki, konkret nəticələr əldə etməyib. Xankəndi və digər problemli məsələlərin bu il ərzində həll ediləcəyi inandırıcı görünmür. Ona görə ki, ortada müəyyən irəliləyişlər nəzərə çarpsa da, ciddi nəticələr hələ ki, yoxdur. Bütün bu məsələlərlə bağlı dumanlı vəziyyət bəlkə də 1-2 ay sonra aydınlığa çıxar, o zaman fikir bildirmək mümkündür”. 
Teymur Qasımlı qeyd edib ki, 2021-ci il bir sıra gərginliklərlə yadda qaldı:
“2020-ci ilin 10 noyabr bəyanatının üzərindən 1 ildən artıq vaxt keçib. 2021-ci il post-münaqişə dövrü ilə əlaqədar bir sıra görüşlər keçirildi. Ötən il həm də sərhəddə toqquşmalar baş verdi. İlin sonuna doğru bir sıra görüşlərlə yadda qaldı. Soçi və Brüssel görüşləri baş tutdu”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ