“Qazaxıstanda hərbi çevriliş baş verə bilərdi” - Putinin rənqli inqilab açıqlamasına şərh
Tarix: 11-01-2022, 09:29
Baxılıb: 557
Google+ Paylaş
Tumblr Paylaş

“Qazaxıstanda hərbi çevriliş baş verə bilərdi” - Putinin rənqli inqilab açıqlamasına şərh

11-01-2022, 09:29

Rusiya lideri sabitlik yaranan kimi KTMT hərbçilərinin Qazaxıstandan çıxacağını bəyan etdi, Kreml başçısı hesab edir ki, bu ölkə beynəlxalq terrorçuluqla üz-üzə qalmışdı; ekspert: “Xarici xüsusi xidmət orqanlarının əlinin olması şübhəsizdir”

“KTMT Qazaxıstandakı situasiyaya “operativ və nizamlı şəkildə” reaksiya verə bildi”. “Yeni Müsavat” xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin KTMT ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitində çıxışı zamanı deyib.
“Biz başa düşürük ki, Qazaxıstan dövlətçiliyinə yaranmış bu təhdid yanacağın qiymətinin artmasına görə baş qaldırmış kortəbii mitinqlərlə bağlı deyildi, onunla bağlı idi ki, situasiyadan daxili və xarici qüvvələr istifadə etmişdi”, - Putin bildirib.
Rusiya prezidenti onu da qeyd edib ki, Qazaxıstanda baş verənlər keçmiş sovet respublikalarının daxili işlərinə birinci və axırıncı müdaxilə cəhdi deyil. “KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - Rusiya prezidenti deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ