
“Azərbaycan güclü iqtisadi nəticələr nümayiş etdirir”.
Reportyor.tv xəbər verir ki, bunu BMT "DİM Dialoqları" təşəbbüsü çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda keçirilən konfransda çıxış edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib
“Bu gün biz Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu təşəbbüsünü davam etdiririk. Bu birgə təşəbbüsdür və məqsədimiz DİM-ə çatmaqda və bu prosesi sürətləndirməkdə Azərbaycana dəstək olmaqdır. Ötən ilin noyabrında Bakıda keçirilən birinci DİM dialoqunun tövsiyələrinə əsasən biz müzakirələr aparmışıq, hədəflər müəyyən etmişik”, - o qeyd edib.
BMT-nin rezident əlaqələndiricisi bildirib ki, Azərbaycanda sosial ədalətə əsaslan inklüziv cəmiyyətin qurulması hökumətin əsas prioritetlərdən biri kimi seçilib.
Vladanka Andreyeva çıxışında diqqətə çatdırıb ki, qlobal inkişaf proseslər tənəzzülə uğrayıb: “Bu gün biz iqlim dəyişikliyi, iqtisadi böhran, COVID-19-un təsirləri, münaqişələrdən əziyyət çəkirik”.
BMT-nin rezident əlaqələndiricisi vurğulayıb ki, Azərbaycan güclü iqtisadi nəticələr nümayiş etdirir.
“Bu ölkədə ÜDM 3,4 dəfə artıb, kəskin yoxsulluğa son qoyulub, işsizlik 50 faizdən (2001-ci ildə) 5,5 faizədək azaldılıb. Azərbaycanın qəbul etdiyi strategiyalar xüsusi vurğulanmalıdır. COVID-lə bağlı strategiyanın qəbulu pandemiyanın təsirlərini ölkədə azaldıb. Ölkədə ÜDM-in 3,2 faizi COVID-lə mübarizəyə ayrılın ki, bu təqdir olunmalıdır. Ölkədə gəlirlər arasında fərqlər azaldılıb, sosial müavinətlər artırılıb, ölkənin sosial inkişafı istiqamətində işlər görülür.
Şərhlər