Bu ərazilərdə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR - 2025-ci ilin birinci yarısında...
Tarix: 15-06-2023, 22:02
Baxılıb: 250
Google+ Paylaş
Tumblr Paylaş

Bu ərazilərdə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR - 2025-ci ilin birinci yarısında...

15-06-2023, 22:02

“Metropolitenin konseptual inkişaf sxemində Xətaidən sonra dörd stansiya, Dərnəgüldən sonra isə üç stansiyanın açılması nəzərdə tutulub. Eyni zamanda Ağ şəhər istiqamətində də yeni metro stansiyasının tikintisi planlaşdırılır”.
Bunu Reportyor.tv  açıqlamasında Bakı Metropoliteni Mətbuat Xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hələki onların tikintisi başlamayıb, hazırlıq işləri gedir:
“Metropolitenin gələcək planında Xətai stansiyasında sonra 4 satansiyanın tikintisi və Dərnəgül stansiyasından sonra isə 3 metro stansiyasının tikintisi nəzərdə tutulur. Bu xəttlər ayırılmalıdır. Yəni yaşıl xətlə qırmızı xətt mütləq şəkildə bir-birindən ayırılmalıdır. Dərnəgüldən sonrakı 3 stansiya Koroğluya qədər çatacaq və Koroğluya keçid stansiyası olacaq. O üç stansiya və Xətaidən sonra “Həzi Aslanov 2” şərti adı ilə hazırda inşası məhdudlaşdırılmış bir stansiya var, Həzi Aslanov stansiyasının yanında. Həmin ərazidə yol da bağlıdır. O əraziyə qədər 4 stansiya, əgər xəttlər ayırılacaqsa, hər xəttdə müstəqil hərəkətin təşkili üçün stansiyaların arxasında Həzi Aslanov kimi qatarların dönüb qayıdacağı yer olmalıdır. Biz ona dönmə kamerası deyirik. İçərişəhərdən sonra isə ən münasib iki stansiyanın tikilməsi nəzərdə tutulur. Dönmə kamerasını həmin ərazidə tikmək olmur, buna görə, İçərişəhərdən sonra maksimum 2 stansiya tikilə bilər”.
Bəxtiyar Məmmədov bildirib ki, Ağ şəhərdə NZS qəsəbəsinə dönən istiqamətdə də metro stansiyasının tikintisi üçün yer ayırılıb: “Xətai rayonunun Ağ şəhər istiqamətində də metro stansiyasının tikintisi nəzərdə tutulur. Həmin yer NZS qəsəbəsinə dönən istiqamətdə yerləşir. Hələki bu stansiyalarla bağlı iş başlamayıb, sadəcə olaraq yer ayırılıb və hazırlıq işləri gedir”.
Bəxtiyar Məmmədov həmçinin qeyd edib ki, hazırdı tikintisi gedən və şərti adı “B4” olan metro stansiyasının tikintisinin 2025-ci ildə başa çatacağını deyib. Heydər Əliyev adına İdman Konsert Kompleksinin və 1 saylı şəhər klinik xəstəxanasının arxasında Cəlil Məmmədquluzadə küçəsində inşası davam edən yeni stansiyanın 2025-ci ilin birinci yarısında açılacaq – deyə o bildirib.
Məlumat üçün qeyd edək ki, hazırda Bakı Metropolitenində 321 vaqon, 61 qatar fəaliyyət göstərir. Onların 23-ü müasir standartlara cavab verən qatarlardır. Gün ərzində yaşıl və qırmızı xəttlərdə 40-46 qatar hərəkət edir. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ