“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində "Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində" adlı panel müzakirəsi olub.
Reportyor.tv xəbər verir ki, panel müzakirəsində iştirakçılar media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, kontent, mediada investisiyalar barədə fikir mübadiləsi aparıblar.
Paneldə çıxışında kanadalı amerikalı jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volf deyib ki, media sahəsində yeniliklərə, dəyişiliklərə adaptasiya olmaq, onları izləmək vacibdir.
O, qeyd edib ki, medialar indi dünyanın müxtəlif nöqtələrində öz büro departamentlərini bağlayırlar. Bunun səbəbi həm maliyyə, həm də rəqəmsallaşma ilə bağlıdır.
Amerikalı jurnalist əlavə edib ki, əgər kontent biznes maraqlarına hesablanıbsa, bu etik çərçivədə suallar yaradır.
Vaşinqtondan Qlobal Siyasət İnstitutunun prezidenti Professor Paolo von Schirach isə panel çıxışında deyib ki, yeni texnologiyalar medianın transformasiyanı gətirib çıxarır.
O deyib ki, auditoriya əsasən qərəzli informasiyaya maraq göstərir.
O süni zəkanın media üçün təhdidlərindən də narahat olduğunu bildirib.
"Süni zəkanı kim redakte edir, o auditoriyanın maraqlarını, narahatlıqlarını, öyrənmək istədiklərini necə müəyyən edir?! Bütün bunlar məni düşündürür".
"Forward Thinking" şirkətinin ditektoru Oliver MakTernan panel müzakirəsində vurğulayıb ki, məlumatlandırmaqla yanaşı əyləndirmək artıq standarta çevrilib.
O sosial medianın avantajları ilə yanaşı dezavantajları barədə bildirib ki, bu platformalar həm niftət nitqi yayanıar, ksenefoblar üçün bir platforma rolunu oynayır.
Oliver MakTernan süni zəkanın silah kimi istifadə olunacağından narahat olduğunu deyib.
"Azad Azərbaycan" MTRK-in Prezidenti Azər Xəlilov panel sessiyasında xəbərləirn "ölmədiyini" deyib. O bildirib ki, ola bilər xəbərlər auditoriyanln müəyyən qisminin marağına uyğun olmaya bilər.
O bildirib ki, xəbərlərdə əyləncə elementləri də olmalıdır.
"Əgər biz auditoriyanın maraqlarını nəzərə alırıqsa, sosial medianın trendlərini izləyiriksə o zaman heç nə (xəbərlər) "ölməyəcək".
O həmçinin süni zəka və yeni texnologiyalar media üçün çağırışları barədə danışıb. O bildirib ki, süni zəkanın media üçün təhdidlərindən çox avantajları var və o media üçün yeni imkanlar yaradır.
Panel müzakirəsində auditoriyanın sualları da cavablandırılıb.
