Sultanbud Meşəsində yəhudi qızın həvəsinə xoruz qovan iki komissar…- felyeton
Tarix: 13-05-2020, 08:26
Baxılıb: 513
Google+ Paylaş
Tumblr Paylaş

Sultanbud Meşəsində yəhudi qızın həvəsinə xoruz qovan iki komissar…- felyeton

13-05-2020, 08:26

Biri varmış, biri yoxmuş… İki “vayınkom” varmış. Bu iki “vayınkom – komissar” bir – birləri ilə yaxın dost imişlər. Komissar işlədikləri rayonlar bir – birinə yaxın olduğu üçün günləri bir yerdə keçirmiş. El şənliklərinə, yas mərasimlərinə, hətta eyş-işrətə də birlikdə gedərmişlər.
Günlərin bir günü onlar yeyib – içmək üçün Sultanbud meşəsinə gedirlər. Bu dəfə gedəndə isə yanlarında bir Yəhudi qızını da qonaq edirlər. Məclis qurulur, “zakaz- zakaz” ardınca, bir sözlə, gətir – götür başlayır. Vur ki – vurasan. Ancaq nədənsə, Yəhudi qızı içmir. İki komissar dost nəyi var vururlar, ta ki, lül – qəmbər olub açarlarını itirənə qədər. Yəhudi qızı görür ki, ikisi də hazır vəziyyətdədir və ounlardan buna bir kar çıxmayacaq. İkisi birinə dəyməz, biri də heçə. Lomka qızı basır. Birdən gözü meşədə hardansa kənd xoruzuna sataşır. İki komissardan bir haray çıxmayacağını görən Yəhudi qız ümidini bu xoruza bağlayır. Qız xoruza az baxır, çox baxır, birdən köksünü ötürərək deyir ki, ” bu, nə qəşəng Xoruzdur”. Yəhudi qız peşman olur bu sözü deməyə. Hər iki “vayınkom” (qızın gözündə adi bir Xoruz qədər görünməyən bu “kişilər”) etmirlər tənbəllik, Yəhudi qızının bir kəlməsiylə düşürlər bu xoruzun dalına ki, nədi – nədi xoruzu tutsunlar. Qoyma-ha -qoyma, qoyma-ha-qoyma, nə billah edirlərsə, xoruz quyruğu ələ vermir. Nə başınızı ağrıdım, xoruz bunları necə azdırırsa, biri Bilısuvara, biri isə Astaraya  gedib çıxır. Yəhudi qız isə xoruz yolu gözləyir. Nə Xoruz qovanlar özləri gəlib çıxır, nədə ki, qovaladıqları xoruz gəlib çıxmır ki, çıxmır. Və sonda yahudi qız İzrayıla – Vətəninə qayıtmaq zorunda qalır.
Növbəti felyetonumuzda hər iki komissarın və onları xoruz arxasınca qaçırdan yəhudi qızının kimliyi barədə yazacağıq.
RealMedia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ