Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometereologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Oxşar xəbərlər
- 22-07-2023, 11:01
Şuşada Qlobal Media Forumunun açılış mərasimi...
- 17-05-2024, 15:46
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ...
- 23-09-2023, 11:53
Dolu düşəcək, qar yağacaq, bəzi çaylardan sel...
- 30-04-2024, 13:16
Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı...
- 14-05-2024, 16:23
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam...
Şərhlər