Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ
Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ

M2 Bakı-Ələ­t-Qazax-Gürcüstan Re­spublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 3 iyun saat 10:00-dan 18:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti