Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ! - Artıq erotik şəkillər...
Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ! - Artıq erotik şəkillər...

MDB ölkələrində populyar olan "Odnoklassniki" (OK) sosial şəbəkəsi erotik məzmunla mübarizə aparmağa başlayıb.
Reportyor.tv Lenta.ru-ya istinadən xəbər verir ki, artıq adıçəkilən sosial şəbəkədə erotik şəkillər və GIF fayllar avtomatik aşkarlanır. Daha sonra həmin görüntülər bulanıqlaşır.

Qeyd olunur ki, istifadəçi fotoya baxmaq istədikdə onun üzərinə klikləməsi kifayətdir. Tətbiq edilən yeniləmə təsviri sənətə, idmançıların fotoşəkillərinə və çimərlik kadrlarına şamil edilmir.

O da bildirilib ki, hazırda "Odnoklassniki" nalayiq sözləri yumşaldır. Belə ki, xüsusi alqoritmlər sayəsində sosial şəbəkə ədəbsiz sözü müəyyən edir və içindəki bir neçə hərfi ulduzlarla əvəz edir.

Şərhlər