Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Son 30 ildə ictimai nəqliyyatda qiymətlər necə dəyişib? - STATİSTİKA
Son 30 ildə ictimai nəqliyyatda qiymətlər necə dəyişib? - STATİSTİKA

Azərbaycanda son 30 ildə ictimai nəqliyyatda gediş qiymətləri 25 dəfə artırılıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ictimai nəqliyyatda gediş haqqı 2 qəpik idi. Bu qiymət 1995-ci ildən 3 qəpik, 1996-cı ildən 5 qəpik olub. İctimai nəqliyyatda uzun müddət qüvvədə olan qiymət məhz 5 qəpik təşkil edib.


Hökumət 1996-cı ildən 2009-cu ilə qədər ictimai nəqliyyatda qiymətləri dəyişməyib. 1996-cı ildə Azərbaycan iqtisadiyyatı böhrandan çıxdı və uzun müddət ölkədə aşağı inflyasiya müşahidə edildi.


İctimai nəqiyyatda gediş haqlarının uzun müddət aşağı olmasına 2009-cu ildə son verilib və qiymətlər 3 dəfə artırılaraq 15 qəpiyə qaldırılıb.


Bu qiymət iki il qaldı və 2011-ci ildən 20 qəpik müəyyənləşdirildi. Əhali ictimai nəqliyyatda iyirmi qəpiklə ödənişi 7 ildən çox həyata keçirdi.



Bu qiymətə 2018-ci ildə yenidən baxıldı və gedişhaqqı 30 qəpik təyin olundu. Gedişhaqqı bir daha 2023-cü ildə artırılaraq 40 qəpik, 2024-cü ildə isə daha 10 qəpik artırılaraq 50 qəpik müəyyən edilib. Əlli qəpiyin isə nə qədər qüvvədə olacağını zaman göstərəcək.   /Sfera.az

Şərhlər