Təcili Tibbi yardımla bloger arasında bomja görə QALMAQAL : “Xəstəni çimizdirmək vəzifəmiz deyil!” – İy gəlir… / VİDEO
Tarix: 22-07-2024, 14:41
Baxılıb: 203
Google+ Paylaş
Tumblr Paylaş

Təcili Tibbi yardımla bloger arasında bomja görə QALMAQAL : “Xəstəni çimizdirmək vəzifəmiz deyil!” – İy gəlir… / VİDEO

22-07-2024, 14:41

Bayıl ərazisində küçədə yaşayan bomjun sağlamlıq vəziyyəti sosial şəbəkədə yayılıb.

Fuad adlı ahıl kişinin son günlərini yaşadığı deyilir. Bu haqda tanınmış bloger öz sosial hesabında izləyicilərə məlumat verib və kömək istəyib. Bloger yaşlı kişinin vəziyyəti ilə bağlı danışarkən bildirib ki, Fuad adlı şəxslə bağlı aidiyyatı səhiyyə qurumlarına müraciət etsə də, heyət gəlib bildirib ki, yaşlı kişidən çox pis iy gəlir, xəstəxanaya aparılsa, digər xəstələrə infeksion xəstəliklər yoluxdura bilər. Blogerin sözlərinə görə, onu ölümə tərk edib gediblər. Daha sonra məsələ sosiallaşandan sonra TƏBİB- in heyəti gəlib və həmin şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə müayinə və müalicə üçün aparıblar. Lakin, ona lazımı qulluqlar, hamamda çimizdirilməsi, digər sanitar xidmətlər təmin edilməyib. Daha sonra Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım Mərkəzinin  İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə sosial şəbəkə hesabında çimizdirilmə və sanitar qulluqla bağlı post paylaşıb:
“Təcili Tibbi yardımın işi xəstəyə ilkin tibbi yardım göstərməkdir və lazım gəldikdə isə onu xəstəxanaya hospitalizasiya etməkdir. Xəstənin çimizdirilməsi  təcili tibbi yardımın və orada fəaliyyət göstərənlərin profilinə aid deyil. Videonu çəkən şəxsin briqadanı çəkməyə ixtiyarı yoxdur. Videonu paylaşan şəxs deyir ki, xəstəni sağ olsunlar gəlib apardılar. İndi isə əməkdaşımızı çəkib paylaşır ki, gəlib material yığıb getdilər. Bizim materiala ehtiyacımız yoxdur. Çünki burada əməkdaşımız prosesi çəkir ki, bu da təcili tibbi yardımda mövcuddur ki, proses iş fəaliyyətinə mane olmadan çəkilsin. Videonu çəkən şəxsin ixtiyarı yoxdur ki, əməkdaşımızı icazəsiz çəksin. Konstututsiyada göstərildiyi kimi, şəxsin icazəsi olmadan  onun video və fotosunu çəkilməsi  qəti şəkildə qadağandır. Bu halda həmin şəxs məsuliyyət daşıyır“.

Hər iki tərəfin iddiaları və açıqlaması birtərəfli olsa da, köməksiz xəstəni kimin çimizdirməsi məsələsi hələ də məlum deyil.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ