Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Qubada sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Reportyor.tv-nin məlumatına görə, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.

Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.

Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə olunub.

Bizim WhatsApp kanalımıza

Şərhlər