Bu il keçid balları artacaq? - DİM-dən AÇIQLAMA
Tarix: 31-07-2024, 10:43
Baxılıb: 126
Google+ Paylaş
Tumblr Paylaş

Bu il keçid balları artacaq? - DİM-dən AÇIQLAMA

31-07-2024, 10:43

Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.

Reportyor.tv xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".

V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".

DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ