Bu işçilərin DİQQƏTİNƏ! Muzdlu qaydalarla işləyən şəxs...
Tarix: 4-09-2024, 15:57
Baxılıb: 115
Google+ Paylaş
Tumblr Paylaş

Bu işçilərin DİQQƏTİNƏ! Muzdlu qaydalarla işləyən şəxs...

4-09-2024, 15:57

Vətəndaşların sıx- sıx qarşılaşdığı problemlərdən biri onların qanunsuz olaraq muzdlu işlədilməsi ilə bağlı hallardır. Şikayətlərə baxılan zaman çox vaxtı inzibati xətanın başladılması zamanı fərqli fikirlər səsləndirilir. İnzibati xətanın başladılması zamanı müddətin işçinin işlədildiyi son iş tarixindən, ya işlədiyi ilk gündən  hesablanması müzakirə mövzusudur.  

Qeyd edək ki, hüquqşünaslar arasında da bununla bağlı fərqi fikirlər səsləndirilir. Kimisi ilk günü hesablanma tarixi kimi, kimisi son iş gününü hüququn pozuntusu halı kiimi dəyərləndirir.

Əslində necə olmalıdır?

Mövzu ilə bağlı Referans.az-a vəkil Esmira Rzayeva danışıb. Hüquqşünas bildirib ki, muzdlu qaydalarla işləyən şəxs işindən ayrılandan sonra  hüquq pozuntusu işçinin işə götürüldüyü dövrdən hesablanır. Lakin, müraciət pozuntunun aşkar olunduğu dövrdən hesablanır:

"Pozuntu işçinin işə alındığı, pozuntunun törədildiyi dövrdən sayılır. Pozuntu halı varsa, buna baxılmalıdır. Müddət ötürülmüş ola bilər. Bunun bərpasını qoymaq lazımdır. Müddətin bərpa edilməsi ilə bağlı vətəndaş narazıdırsa, şikayət edə bilər. Bundan sonra şikayətçi yenidən şikayət verə bilər. Dövlət Əmək Müfəttişliyi rəsmi qaydada cavab verəndən sonra mülki qaydada məhkəməyə müraciət oluna bilər. Qanun pozuntusunu yaradan şəxs əgər hüquqi şəxsdirsə, İnzibati məhkəməyə müraciət oluna bilər".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ