Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Bu şəxslərə ŞAD XƏBƏR: 100-150 manat arasında əlavələr veriləcək
Bu şəxslərə ŞAD XƏBƏR: 100-150 manat arasında əlavələr veriləcək

"Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq".

Bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq:

"Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq".

Nazir qeyd edib ki, əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik:

"Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər".

Şərhlər