Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA
Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA

"Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər".

B
u barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 - "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.

Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.

Şərhlər