Əhaliyə XOŞ XƏBƏR: PENSİYA sürətlə artacaq - YENİ FOND YARADILIR
Tarix: 4-10-2024, 16:01
Baxılıb: 131
Google+ Paylaş
Tumblr Paylaş

Əhaliyə XOŞ XƏBƏR: PENSİYA sürətlə artacaq - YENİ FOND YARADILIR

4-10-2024, 16:01

Ölkəmizdə 2006-cı ildən müzakirəsinə başlanılan özəl təqaüd fondlarının yaradılması məsələsi yenidən müzakirə olunur. Bu yaxınlarda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də kollegiya iclasında bu məsələ barədə danışıb. Azərbaycanda özəl pensiya fondunun yaradılmasının əhəmiyyəti nədən ibarətdir? Əgər belə bir fond təsis edilərsə insanlar DSMF-yə ödəniş etməli olacaqlarmı?                           


Mövzu ilə bağlı sabiq millət vəkili Vahid Əhmədov Referans.az -ın suallarını cavablandırıb. Vahid Əhmədov bildirib ki,  o hələ deputat olduğu dönəmlərdə dəfələrlə özəl pensiya fondunun yaradılmasının təklifini verib.  Azərbaycanda özəl pensiya fondunun yaradılmasına ehtiyac var.





Ümumiyyətlə özəl pensiya fondunun insanlar üçün xeyiri çoxdur. Bu fonddan faydalanmaq üçün sosial sığorta haqları çox böyük rol oynayır. Kimin sosial sığorta haqları çox olursa o şəxsin də gələcəkdə daha çox pensiya almaq şansı var.  Lakin hazırda Dövlət Sosial Müdafiə Fondunda pensiyalar hesablanarkən sosial sığorta fondundakı pulu nəzərə alınmır. Misal üçün elə adamlar var ki, onların sosial sığorta fondunda 300 min manata qədər pulu var.  Bu məbləğ həmin şəxsin illər ərzində əmək haqqından tutulmuş vəsaitdir. Birmənalı olaraq həmin şəxsin pensiyası hesablanarkən ona o məbləğ ödənilməlidir.


Vahid Əhmədov onu da vurğulayıb ki, özəl pensiya fondu haqqında ölkəmizdə qanun qəbul ediləndən sonra bütün bunlar nəzərə alınacaqdır.  Bu fondun üstünlükləri çoxdur. Həmin üstünlüklərdən biri də odur ki, insanlar özəl pensiya fonduna istədikləri qədər sığorta haqqı ödəmək imkanına malik olurlar. Nəticədə  isə pensiya yaşına çatanda da o vəsaitdən faydalana bilərlər. Bundan başqa vətəndaşlar yüksək  pensiya almaq üçün müqavilə bağlayıb özəl pensiya fondunun imkanlarından yararlanmış olacaqlar.


"Bu isə vətəndaşa fürsət verəcək ki, o daha yaxşı təmin edilmiş yüksək  pensiya əldə etsin.  Beləliklə vətəndaşlarımız pensiya yaşı tamam olan zaman  özəl pensiya fondundan ödənişlərə uyğun pensiya əldə edə biləcəklər. Onu da qeyd etmək lazımdır ki, vətəndaşlar yalnız bir fonda ödəniş etməklə bu sistemdən yetərincə faydalana bilərlər",- deyə sabiq millət vəkili vurğulayıb.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ