Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Tarix: 16-10-2024, 13:14
Baxılıb: 245
Google+ Paylaş
Tumblr Paylaş

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16-10-2024, 13:14

Oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ