Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » FHN-in həkimindən yaralılarla bağlı açıqlama
FHN-in həkimindən yaralılarla bağlı açıqlama

Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.
reportyor.tv xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.
Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlər görüşüb, onlara psixoloji xidmət göstərib:
“Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir”.

Şərhlər