Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Terrorçuluğa açıq çağırışlar edən şəxsə hökm oxundu
Terrorçuluğa açıq çağırışlar edən şəxsə hökm oxundu

Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən Həmzə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
reportor.tv xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, altı il müddətə azadlıqdan məhrum edilib.
Proses zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsin səkkiz il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun vəkili müdafiə çıxışı edib.
Qeyd edək ki, Həmzə Məmmədli Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.

Şərhlər