Azad olunan ərazilərdə daha 247 mina zərərsizləşdirildi
Tarix: 13-01-2025, 15:39
Baxılıb: 180
Google+ Paylaş
Tumblr Paylaş

Azad olunan ərazilərdə daha 247 mina zərərsizləşdirildi

13-01-2025, 15:39

Azad olunan ərazilərdə yanvarın 3-12-də 55 tank əleyhinə mina, 192 piyada əleyhinə mina, 567 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
reportyor.tv xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1043.2 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ