Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » İyunda 13 gün iş olmayacaq
İyunda 13 gün iş olmayacaq

İyun ayında 13 gün iş olmayacaq.

Təqvimə əsasən, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar 6,7,8 və 9 iyunda iş olmayacaq.

Eyni zamanda 15 iyun bazar gününə təsadüf etdiyinə görə 16 iyun da qeyri-iş günü olacaq.

Şərhlər