Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Yeni dövlət rüsumları müəyyənləşir
Yeni dövlət rüsumları müəyyənləşir

Yeni dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

Şərhlər