Naxçıvan qara büründü
Tarix: 15-04-2025, 12:30
Baxılıb: 148
Google+ Paylaş
Tumblr Paylaş

Naxçıvan qara büründü

15-04-2025, 12:30

Aprelin 15-i saat 09:00-a olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.
Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir.
Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti olacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ