Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Bəzi çaylarda sululuq artıb
Bəzi çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 12-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti