"Səba" ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.
Sirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.
Beləliklə, son aylar ərzində "Səba"nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.
Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.
Məlumat üçün bildirək ki, "Səba"nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.
