Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Məhərrəm Həsənov azadlığa buraxıldı
Məhərrəm Həsənov azadlığa buraxıldı

Narkotik ittihamı ilə həbs edilən "Tosu" ləqəbli tiktoker Məhərrəm Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
reportyor.tv xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin vəkili tərəfindən verilən şikayət təmin edlib.
Məhərrəm Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Məhərrəm Həsənovun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.
Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti