Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » İrana raket düşməmiş Azərbaycan bazarı “vuruldu”
İrana raket düşməmiş Azərbaycan bazarı “vuruldu”

İdxalın dayanması ölkəmizdə daxili bazarda ciddi qiymət artımına səbəb ola bilər

ABŞ Prezidenti Donald Trampın qərarına əsasən İranla ticarət aparan bütün ölkələr bundan sonra ABŞ ilə ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər.

Qərarın icra mexanizmi hələ açıqlanmayıb. Böyük ehtimalla, onu qərar veriləndən sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər.

İranla ticarəti olan Azərbaycan üçün də Trampın qərarının ciddi mənfi nəticələri olacaq. İlk növbədə onu qeyd edək ki, qərardan hər hansı istisna əldə edilməsə, Azərbaycan məcbur olacaq İranla bütün ticarəti dayandırsın. Çünki Trampın qərarından sonra ticarətin davam etdirilməsi açıq şəkildə ona qarşı getmək kimi qiymətləndiriləcək, bu isə iqtisadi zərərdən daha çox siyasi nəticələrə gətirib çıxara bilər.

İqtisadi baxımdan yanaşsaq, hər iki ölkə üzrə ticarətdə Azərbaycanın idxalı ixracından on dəfədən çox azdır. Eyni zamanda ABŞ-a ixracımızın həcmi İrana ixracımızdan 12 dəfədən çox daha artıqdır. Bu baxımdan, İrana ixracın dayanması Azərbaycan üçün daha az təsirli ola bilər. Lakin idxal məsələsində bunu söyləmək mümkün deyil.

2025-ci ilin yanvar-noyabrında Azərbaycanla İran arasında ticarətin həcmi 568 milyon 106.44 dollar təşkil edib: 558 milyon 705.86 min dollar İrandan Azərbaycana, cəmi 9 milyon 400.58 min dolları, əksinə, ixrac olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. Ötən ilin eyni dövründə qarşılıqlı ticarət 583 milyon 645.89 min dollar olub. Bunun 570 milyon 776.23 min dolları Azərbaycanın idxalının, 12 milyon 869.66 min dolları isə ixracının payıdır. Ticarətdəki azalmanın əsas səbəbi may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşmasıdır.

Cənub qonşudan idxalın digər əsas komponenti kütləvi istehlak mallarıdır. Bura maye və quru sabundan, qadınlar üçün kosmetik vasitələrdən tutmuş aftafa və dəsmala, uşaq oyuncaqlarından tutmuş geyimlərə qədər çoxçeşidli məhsullar aiddir. Bunlardan əlavə, İrandan böyük həcmdə müxtəlif tikinti materialları, keramika-qranit məhsulları, divar kağızı və digər materiallar da idxal olunur.

İrandan idxal olunan bütün məhsullar digər bütün bazarladan alınanlardan ən azı 20 faizədək daha ucuzdur. Buna görə də idxalın dayanması Azərbaycanın daxili bazarında ciddi qiymət artımına, inflyasiyanın sürətlənməsinə səbəb ola bilər.

“Yeni Müsavat”

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti