Məhkəmə icraçısı sahibkarı şantaj edir - Masallıda ÖZBAŞINALIQ
Tarix: 29-12-2020, 15:04
Baxılıb: 606
Google+ Paylaş
Tumblr Paylaş

Məhkəmə icraçısı sahibkarı şantaj edir - Masallıda ÖZBAŞINALIQ

29-12-2020, 15:04

“Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır”.

Bunu prezident İlham Əliyev sahibkarlarla bağlı problemlərdən danışarkən çıxışlarının birində demişdi.

Özü də dəfələrlə xəbərdarlıq edib ki, sahibkarlığa maneə yaratmaq olmaz.

Ancaq bəziləri prezidentin dediklərinə məhəl qoymur.

Korrupasiya.org-a şikayətlə müraciət edən Hüseynov Natiq Sultanağa oğlu deyir ki, qohumu Bəşirov Elşad Həmdulla oğlunun adına olan şirkəti işlədir. Vergi borcuna görə kiçik problem yaranıb, həll də olunub, ancaq məhkəmə icraçılarından canını qurtara bilmir:”

“Vergi gəlib 2019-cu ildə bizdə qalıq malı çıxardıb.Qalıq mal olduğu ucun bizə çərimə yazıb.O cərimə gecikdiyi ucun bizi verdilər məhkəməyə. Niyə gecikdi?

Çunki mənə artıq mal yazmışdılar,mən getdim vergilər nazirliyinə sübut -sənədlə malın sayını azaltdım.Ona gorə iş uzandı məhkəməyə getdi.Yenə o pulu vaxttında odədim.Qalıq pul da qalmışdı 900 manat. Onu da odədim

Ödəniş etdiyim haqda məktubunu da aldım,getdim təqdim etdim məhkəməyə.Mənə dedilər ki ,get daha sənlik hec bir şey yoxdur.Məhkəmə qərarı çıxarmamış ödəmişdim cərimələri.

Məhkəmə icraçısı sahibkarı şantaj edir

Sohbət bitdi.Buna baxmayaraq məhkəmədə işarə vurdular ki 7 faizlik söhbəti gərək bağlayasan. Dedim qanunidirsə məhkəmə qətnaməsində gorsədin. Nəsə..

İndi bunlar Masallı rayon Məhkəmə icraçıları Bəşirov Elşadın ailəsini narahat edirlər ki, guya boicu var.Mən nomrəni aldım zəng vurdum Qəribaga Həşimova. Icraçilarin rəisinə .Dedim borc olmuya olmuya niyə narahat edirsən? Dedi əcəb eirəm.”

Məsələnin səbəbi isə budur ki, qanunsuz olaraq sahibkarı qorxudur, 7 faizi alıb cibinə qoymaq istəyir icraçı.

Qəribağa Həşimov bunu prezident deyib, diqqətlə oxu-“ “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Bunları edənlər ciddi cəzalanacaq”.

Axı vergi Elşad Bəşirovun “stop”-unu belə götürüb. Məktub da veribki, onun vergi borcu yoxdur. Belə olan halda Qəribağa Həşimov hansı haqla düşüb ortalığa.

Məhkəmə icraçısı sahibkarı şantaj edir
Məhkəmə icraçısı sahibkarı şantaj edir


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ