Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA - VİDEO
Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA - VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumat yayılıb.
Publika.az xəbər verir ki, sözügedən iddia ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.
“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti