Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Kamal Abdullanın oğluna vəzifə verildi
Kamal Abdullanın oğluna vəzifə verildi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.
reportyor.tv xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Mehdi Kamal oğlu Abdullayev layiq görülüb.
M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.
Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur. M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti