Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Bu gedişlə bir Mətbuat Şurası da biz yaradarıq - Aqil Abbas
Bu gedişlə bir Mətbuat Şurası da biz yaradarıq - Aqil Abbas

"Bu gün qəzetçiliyə bir hücum var. Sağlıq olsun, bu gedişlə bizlər - köhnə qəzetçilər də yığışıb bir Mətbuat Şurası da biz yaradırıq".
reportyor.tv xəbər verir ki, bunu millət vəkili, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas deyib.
O bildirib ki, icra başçıları da qəzetlərə abunə yazılmaq istəmirlər:
"Uşaq qəzet və jurnalları məktəblərə getmir. Bəs o zaman həmin qəzet və jurnallar kimin üçün çıxır? Mən yox, həmin qəzetləri uşaqlar oxumalıdırlar. Eyni zamanda, mən də uşaq olanda bir neçə qəzetə abunə idim. Ən azından, uşaq jurnalları məktəblərin kitabxanalarına getməlidir. Bir-iki icra başçısından başqa heç kim qəzetlərə abunə deyil. Bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Yeni sədrə uğurlar arzulayıram. Onun görəcəyi çox işlər var. Yeni sədr rus dilini də bilməlidir. Çünki informasiya müharibəsi xarici dillər üzərində qurulur".

Şərhlər