Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Baş Prokurorluqda FHN-in müstəntiqləri barəsində araşdırma
Baş Prokurorluqda FHN-in müstəntiqləri barəsində araşdırma

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin 2 müstəntiqi - Zaur İslamov və Rüfət Nuriyev barəsində araşdırmalara başlanılıb.
Bu barədə reportyor.tv-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-ə hər iki şəxs barəsində vətəndaşların şikayətləri daxil olub. Daha sonra nazirlikdə araşdırma aparılıb və toplanılan materiallar baxılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Hər iki şəxs İdarəyə dəvət olunub və hazırda onların barəsində araşdırmalar aparılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti