Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » "Bu, Putin, Zelenski və Quterreşlə münasibətlər sayəsində mümkün oldu" - Ərdoğan
"Bu, Putin, Zelenski və Quterreşlə münasibətlər sayəsində mümkün oldu" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün “taxıl dəhlizi”nin bərpasını diplomatik uğur adlandırıb.
reportyor.tv “A-Haber”ə istinadən xəbər verir ki, Ərdoğan taxıl sövdələşməsinin Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə “balanslaşdırılmış münasibətlər” sayəsində bərpa edildiyini bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Rusiya ilə taxıl dəhlizinin işinin bərpası ilə bağlı razılığa gəldiyini bildirib.
Elə həmin gün Rusiya Müdafiə Nazirliyi Moskvanın taxıl müqaviləsində iştirakını bərpa etdiyini təsdiqləyib.
Nazirlikdən verilən məlumata görə, Kiyev taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməməsinə yazılı zəmanət verib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti