Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı
Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb.
reportyor.tv xəbər verir ki, bu haqda onun vəkili Aqil Layıc feysbukda yazıb:
“Bəxtiyar Hacıyevin həbs müddəti bir ay uzadıldı. Yəni, 28 fevral 2023-cü il tarixinədək…”
B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Qeyd edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti