Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Texnologiya » “WhatsApp” - da yeni funksiya olacaq
“WhatsApp” - da yeni funksiya olacaq

Məşhur WhatsApp messencerində söhbətləri qovluqlara ayırmağa imkan verən yeni funksiya tətbiq ediləcək.

Reportyor.tv Trend-ə istinadən bildirir ki, bu barədə WABetaInfo məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, messencer istifadəçiləri söhbətləri olan qovluqlar yarada biləcəklər: "Çat məlumat ekranından birbaşa menyu açmaq mümkün olacaq, orada siyahıdakı həmsöhbət və ya qrupu tez müəyyən edə bilərsiniz".

Mütəxəssislərin fikrincə, siyahı yaradıb ona konkret çatlar əlavə etdikdən sonra istifadəçilər ekranın yuxarı hissəsində müvafiq filtri seçməklə onları asanlıqla tapa bilərlər. "İstifadəçilər eyni menyudan şəxs və ya qrupu siyahıdan birbaşa silə biləcəklər", - məlumatda deyilir.

Söhbətləri siyahılara tez əlavə etmək funksiyası inkişaf mərhələsindədir. O, Android cihazları üçün gələcək messencer yeniləməsində əlçatan olacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti