Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Texnologiya » Hibrid avtomobillərə vergi güzəştlərinin ləğvi: qiymətlər necə dəyişəcək? – Ekspert açıqladı
Hibrid avtomobillərə vergi güzəştlərinin ləğvi: qiymətlər necə dəyişəcək? – Ekspert açıqladı

026-cı ilin büdcə zərfinə əsasən, gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur. Beləliklə, 2026-cı ilin yanvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin (BEV) idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Mütəxəssislər hesab edir ki, bu qərar hibrid avtomobil bazarında qiymət artımına səbəb olacaq. Bəs qiymətlər nə qədər yüksələcək və bazar necə formalaşacaq?

Mövzu ilə bağlı Musavat.com-a şərh verən müstəqil ekspert, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü Şahin İbrahimov bildirib ki, qərarın həm alıcı davranışlarına, həm də ümumi bazar dinamikasına təsiri bir neçə istiqamətdə özünü göstərəcək. Onun sözlərinə görə, ilk növbədə, ƏDV güzəştlərinin ləğvi avtomobilin satış qiymətinə birbaşa təsir edən amildir. Güzəştin ləğvi nəticəsində idxalçılar və satıcılar həmin vergi yükünü qiymətə əlavə etməli olacaqlar ki, bu da alış məbləğini avtomatik olaraq artırmış olur.



Ekspert qeyd edir ki, hibrid avtomobillərə tətbiq edilən güzəştlər uzun müddət alıcılar üçün stimullaşdırıcı rol oynamışdı. Bu güzəşt sayəsində bir çox vətəndaş daha qənaətcil və büdcəyə uyğun avtomobil əldə edə bilirdi. Lakin 2026-cı ildən sonra bu imkan aradan qalxacaq və alıcıların bir hissəsi ya “son fürsət” psixologiyası ilə 2025-ci ilin sonunadək alış etməyə çalışacaq, ya da tam elektrik avtomobillərə yönələcək.

Şahin İbrahimovun sözlərinə görə, beynəlxalq təcrübə də göstərir ki, vergi güzəştlərinin ləğvi təkcə qiymət artımı ilə nəticələnmir, eyni zamanda satış həcmlərinə də ciddi təsir edir: "Bir çox ölkələrdə güzəştlər azaldıldıqda hibrid satışlarında 25-45% arasında geriləmə müşahidə olunub. ABŞ və Avropada bunun nümunələri açıq şəkildə görünür".


Ekspert hesab edir ki, Azərbaycanda konkret artım rəqəmi bazar dinamikasından, idxalçıların satış siyasətindən və valyuta risklərindən asılı olsa da, real qiymət dəyişikliyi təxminən 10–20% intervalında özünü göstərə bilər:"Bəzi modellərdə bu rəqəm hətta 20–30%-ə qədər yüksələ bilər".

O əlavə edib ki, hazırkı şəraitdə hibrid avtomobili daha sərfəli əldə etmək istəyənlər üçün ən optimal dövr 2025-ci ilin sonunadək olan müddətdir. Bundan sonra alıcılar əlavə vergi yükü ilə üzləşəcəklər. Bu səbəbdən ekspert alıcıların qərarlarını gecikdirməməsini və bazardakı dəyişiklikləri nəzərə almalarını tövsiyə edir.

Şərhlər