Tramp İranla müharibə istəmir - ŞOK SƏBƏBLƏR
Tarix: 12-04-2025, 10:49
Baxılıb: 122
Google+ Paylaş
Tumblr Paylaş

Tramp İranla müharibə istəmir - ŞOK SƏBƏBLƏR

12-04-2025, 10:49

Məlum olduğu kimi Donald Tramp ABŞ və İrannın şənbə günü mümkün nüvə razılaşması ilə bağlı “birbaşa danışıqlar” aparacağını deyib. ABŞ və İran arasında nə baş verir?
Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev mövzuya bu cür şərh verib:
"Tramp danışıqları Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb. Ancaq Netenyahu İranın nüvə obyektlərini vurmaqla hədələyib. Görünür ki, ABŞ prezidenti İrana müdaxilədən çox da həvəsli deyil. Bunun bir neçə səbəbi var.
İlk növbədə Donald Tramp seçki kampaniyasında müharibə əlehinə çıxışlar edib və onun dövründə müharibə olmayacağını bildirib. Yaxın Şərq və Ukraynada müharibə bitməmiş ABŞ - nin özünün yeni savaş başlanması Trampın reytinqinə ciddi təsir göstərə bilər.
Həmçinin İrana müdaxilə ciddi risklər doğura bilər. Bu Yaxın Şərq savaşını aktual etsə də Ukraynadakı savaşı arxa plana ata bilər. Tramp bunu istəmir. Ağ ev rəhbərinin hazırda əsas niyyəti həm Ukraynanın mineral ehtiyatlarından yüksək həcmdə pay almaq, həm də Rusiya ilə əlaqələri gücləndirərək Avropa Birliyi və Çinə qarşı iqtisadi zərbə siyasətinin gücləndirilməsidir".
Politoloqun fikrincə, ABŞ-nin İrana müdaxiləsindən Rusiya da məmnun deyil:
"Rəsmi Moskva dəfələrlə bu məsələ ilə bağlı vasitəçilik missiyasını təklif edib. İrana hərbi müdaxilə İsrailin maraqlarına cavab versə də ABŞ-də bir çox dairələr bundan narahatlıq keçirir. Tramp ölkə daxilindəki qüvvələri narazı salmaq istəmir. Buna görə də İranla savaşın baş verməməsi üçün bütün yollara müraciət ediləcək".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ