Buzovnada ticarət mərkəzi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkzininin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar ümumilikdə 214 m² sahədə yanıb.
Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.