www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Xəbərlər>Siyasət
14-01-2020, 11:38

İran İraqa çevrilə bilərmi - şərh

İran İraqa çevrilə bilərmi - şərh

İranın ABŞ-la yaşadığı son qarşıdurma bu ölkənin İraqın taleyini yaşaya biləcəyi barədə müzakirələrə yol açıb. Proseslər bu şəkildə gedərsə, cənub qonşumuzun addım-addım bu təhlükəyə doğru yuvarlandığı bildirilir. İranın taleyini yaşaya biləcəyi ölkələr sırasında Misir, Liviya, Suriya kimi dövlətlərin də adları çəkilir.

Politoloq Əhəd Məmmədli məlum proseslərdə İrana böyük zərbənin dəydiyini qeyd etdi: "Son proseslərdə İranın nüfuzuna çox ciddi ziyan dəydi. Bu ölkənin generalı öldürüldü, buna rəsmi Tehran adekvat cavab verə bilmədi. Boş sahəyə zərbə endirməklə kifayətləndi. Məlumat yayıldı ki, guya 70-80 nəfər arası amerikan əsgəri məhv edildi. Amerika bunu təkzib etdi, İran da ortaya ciddi fakt qoya bilmədi. Arxasınca səhvən Ukraynanın təyyarəsi vuruldu. İran əvvəl bunu təkzib etdi, sonra da məcbur qalıb, etiraf etdi və üzr istədi. Bütün bunlar sübut etdi ki, hərbi təhlükə zamanı cənub qonşumuzun peşəkarlığı istədiyi səviyyədə deyil. Qasım Süleymaninin dəfni zamanı 70-dən yuxarı insan həyatını itirdi. Bu proseslərdə yalan olmasın, İran 200-ə yaxın insan qurban verdi. Ukrayna təyyarəsinin vurulması zamanı təyyarədə olan iranlıları da nəzərdə tuturam. Hərbi, siyasi, diplomatik istiqamətlərdə İran proseslərdən məğlub çıxdı. Bütün bu proseslərdən sonra İranda mitinqlər başladı. Süleymani nə qədər qəhrəman kimi təqdim olunsa da, onun şəkilləri cırılır və İran hökumətindən tələb olunur ki, son hadisələr barədə dürüst xəbər verilsin.

Əhəd Məmmədli: ile ilgili görsel sonucu

Əhəd Məmmədli: "Bu ölkə sıradan biri deyil”

Bundan öncəki nümayişlər çox qəddarlıqla yatırılmışdı və həmin aksiyaların bu şəkildə yatırılmasının başında duran Qasım Süleymani idi. İranın özündə də mərhum generala münasibət heç də birmənalı deyil. Bu proseslər rəsmi Tehrana çox ciddi zərbə vurdu. İran sanki bir minanın üzərində oturub və bu mina hər an partlaya bilər. Nəticədə böyük fəsadların baş verəcəyini indidən proqnozlaşdırmaq olar”.

Politoloq İranın İraqın aqibətini yaşayacağını düşünmür: "İranın iki min illik dövlətçilik tarixi var. Bu ölkə sıradan biri deyil. Düzdür, Bağdad Xilafətini nəzərə alsaq, İraqın da böyük dövlətçilik tarixi var. Amma İraqın bu xilafətin varisi olduğunu demək olmaz. Çünki həmin xilafət ərəb xalqının, ərəb-islam xilafətinin bir hissəsi idi. Misir, Liviya kimi dövlətləri də İranla müqayisə etmək olmaz. İranda hakimiyyətlər çox dəyişsə də, dövlətçiliyi qorumaq mümkün olub. İranı digər müsəlman ölkələri ilə də müqayisə etmək olmaz. Qərbin də heç marağında deyil ki, İran dövlət olaraq dağılsın. Çünki İranın qalması ilə onlara İslam dünyasında çox şaxəli siyasət aparmaq rahat olur.  Bütün bunlardan çıxış edərək, İranın İraq, Liviya, Misir və Suriya kimi ölkələrin taleyini yaşayacağını düşünmürəm”.

 Əziz Əlibəyli ile ilgili görsel sonucu

Əziz Əlibəyli: "İraq ssenarisi İranda mümkün deyil”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də İranın İraqın taleyini yaşayacağını düşünmür: "İran ABŞ-la münasibətlərində son mərhələdə onun üçün cızılmış plandan kənara çıxdı. Bunun əsas səbəbi Şiə hilalı boyunca güc qurşağı quran İranın Rusiya və Çinə güvənərək daha da iddialaşması oldu. Suriya və İraq neftinin Suriya yolu ilə İsrail limanlarına çıxışının qarşısını aldı və Rusiya ilə birlikdə Əsədi qorudu. Bütün bunlar ABŞ üçün arzuedilməz, hesablanmamış idi. Nəticədə ABŞ-ın maraqlarına xidmət edən İŞİD fiaskoya uğardı, İran İsraili hədəf alaraq, ABŞ üçün əlavə təzyiq yolu açdı. Bunlar cavabsız qalmayacaqdı, elə də hesablandı ki, həm İranın burnu ovulsun, həm də beynəlxalq aləmdə nüfuzunu itirsin. Süleymaninin ardınca Ukrayna təyyarəsinin vurulması və İran daxilində etiraz mitinqlərinin başlanması onu göstərir ki, Qərb və ABŞ artıq yeni şah arzu edirlər. Bu sadaladıqlarım İran, onun ölçüsü üçün çox böyük oldu deyə hadisələrin sönən, daha doğrusu, İrandan çölə yox, içə davam edəcəyi reallaşdı. İraqsız da Şərq coğrafiyası mümkün idi. Britaniya qondarma İraq və Suriya adlı iki dövlət qurmasa idi, xəritədə nə dəyişəcəkdi ki...

Amma İransız bu coğrafi dizayn mümkün deyildi. İndi də o cürdür. Türkiyə, ərəb dünyası və İsrail olan bir coğrafiyada İransız keçinmək mümkün deyil. Əks halda, Türkiyə güclənər, sünnilər birləşər, parçalayıcı funksiya yüklənmiş şiəlik dağılar. Ona görə İraq ssenarisi İranda mümkün deyil. Yalnız ssenari hakimiyyətin dəyişməsidir. İranda hakimiyyətin əsas düşməni xaricdə təhsil alan gənclik, yerli ziyalılar, etnik qruplar və maraq qruplarıdır. Bunlar Tehran üçün kəskin təzyiq olsa da, əlavə mexanizm də verir. İndi mərkəzi hakimiyyət daxili təlatümlərlə yerindən oynayacaqsa, onlar daxildə ordunu, xaricdə isə dini komandanlığa aid qüvvələri işə salacaq. Bu qan qurşağı bütün İraqı, Yəməni, Suriyanı, Livanı götürə bilər. Yəni İran bu formada bütün rəqibləri fakt qarşısında qoyaraq, tərəddüdə sala bilər. Amma bir daha deyirəm, heç bir yol Tehrandan Bağdada bu formada gedə bilməz”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR