
Polşa Ukraynaya hərbi yardımla bağlı məlumatları açıqlamağa başlayıb.
Reportyor.tv xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Varşava Rusiyanın genişmiqyaslı işğalından sonra Kiyevə ümumilikdə 16,55 milyard zlotı (təxminən 4,5 milyard dollar) həcmində hərbi yardım göstərib.
Nazirin sözlərinə görə, yardımın təxminən 15 milyard zlotısı 2022-2023-cü illərin payına düşüb. Daha 1,55 milyard zlotı dəyərində yardım isə Ukraynaya 2024-2026-cı illərdə təqdim olunub.
Polşa hakimiyyəti ilk dəfə olaraq Ukraynaya göndərilən silah və texnikaların bir hissəsini də açıqlayıb. Bildirilib ki, yardım paketinə T-72, PT-91 və Leopard 2A4 tankları, piyadaların döyüş maşınları, MiQ-29 qırıcıları, Mi-24 helikopterləri, artilleriya sistemləri, sursatlar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və “Patriot” kompleksləri üçün PAC-3 raketləri daxildir.
Musavat.com






Şərhlər