Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kiyevin 7 NATO ölkəsi ilə bağlı hədəfi açıqlandı
Kiyevin 7 NATO ölkəsi ilə bağlı hədəfi açıqlandı

Ukrayna ilin sonuna qədər azı yeddi NATO ölkəsi ilə mühüm müdafiə sazişləri bağlamağa ümid edir.

Reportyor.tv bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb. Qeyd olunub ki, bu, Kiyevin təkcə hərbi texnika alan deyil, həm də onu təchiz edən tərəf ola biləcəyini nümayiş etdirməyə yönəlmiş xarici siyasətinin yeni bir aspektini əks etdirir. Məlumata görə, son aylarda Kiyev altı ölkə ilə "dron sazişləri" imzalayıb.

Bildirilib ki, Azərbaycanla da saziş imzalanıb.

Materialda vurğulanıb ki, bu təşəbbüs “dron sazişi” adlandırılsa da, əslində o, təkcə dronlardan daha geniş bir sahəni əhatə edir. “Daha vacibi isə təcrübə və biliklər, eləcə də burada – Ukraynada sistemi təşkil edən bütün komponentlərə çıxış imkanıdır", – deyə Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin müavini David Aloyan bildirib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti