Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Vətəndaşlardan qumbara və silah götürüldü
Vətəndaşlardan qumbara və silah götürüldü

Polis əməkdaşları ötən gün vətəndaşlardan qumbara və silah götürüb.
Bu barədə Reportyor,org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 6 patron təhvil götürüblər.
Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 2 tapança, 5 ədəd müxtəlif markalı tüfəng, 6 ədəd patron darağı və 61 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Şərhlər