"Kimsə tələbənin geyimi ilə biliyini ölçə bilməz"
Tarix: 26-09-2024, 16:50
Baxılıb: 140
Google+ Paylaş
Tumblr Paylaş

"Kimsə tələbənin geyimi ilə biliyini ölçə bilməz"

26-09-2024, 16:50

"Əgər ali təhsil müəssisəsinin özünün konkret vahid geyim forması ilə bağlı qaydası varsa, bu zaman istər müəllimin, istərsə də universitetin idarə heyətində olan işçilərin, dekan, kafedra müdirinin və digərlərinin haqqıdır ki, tələbədən geyimlə bağlı nəsə tələb eləsin. Amma, faktiki olaraq universitetin vahid geyim forması olmadığı üçün müəllim və digər sadaladığım vəzifəli şəxslərin heç birinin tələbəyə geyimlə bağlı qarışacaq ixtiyarı və hüququ yoxdur".

Bunu Referans.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bir neçə gündür tələbələrin geyimi ilə bağlı səngiməyən tənqidlərə münasibətində deyib. Ekspert bildirib ki, tələbədən sadəcə, etik qaydalar çərçivəsində müəyyən tələblər ola bilər:

"Bu da fərdi qaydada, ictimailəşdirilmədən olmalıdır.Tələbəni çağırıb, profilaktiki söhbətlər aparılmalıdır. Məsələn, situasiyaya uyğun olaraq deyilə bilər ki, sizin geyiminiz müəllimin diqqətini yayındıra bilər, yaxud da dərsin gedişatında hansısa əks cins nümayəndəsinin diqqətini yayındıra bilər və s. Deyilə bilər ki, ona görə geyiminizdə bu amilləri nəzərə almağınız lazımdır".

Elçin Əfəndi bir neçə gün öncə Azərbaycan Tibb Universitetinin müəlliminin geyimlə bağlı tələbələrə şərt qoymasından da söz açıb:

"Bildiyim qədərilə, Azərbaycan Tibb Universitetində yaşanan geyim qalmaqalı zamanı tələbə çimərlik geyimi ilə dərsə gəlməmişdir. Həmin müəllim tələbə ilə müvafiq qaydada söhbət aparmalı idi. Əgər vahid geyim forması tələb olunursa, o zaman tələbədən geyim tələb oluna bilərdi. ATU - nun vahid geyim forması yoxdur".

Müsahib deyir ki, geyim insanın seçimidir, kimsə ona müdaxilə edə bilməz:

"Geyimində mənfi nüanslar varsa, təklikdə etik qaydada tələbə ilə söhbət aparılmalıdır. Əgər tələbə israrlıdırsa, o zaman kimsə onun təhsil hüququnu əlindən ala bilməz. Kimsə tələbənin geyimi ilə də ümumi biliyini ölçə bilməz. İnsan tibb təhsili alırsa, deməli, minimal olaraq 500- dək balı var. Sadəcə, geyimi bu üslubdadır. Mənə görə geyim tələbənin təhsil aldığı ixtisasla bağlı biliyini qiymətləndirəcək meyar deyil. Mən tələbi konkret olaraq dərs dediyim fəndən, ona verdiyim bilik və bacarıqlar üzərindən qiymətləndirməsini apararam. Yox, bu gün bu qısa ətək geyinib, gəlin buna 2 yazaq. Bu birbaşa qanunverciliyin tələbinin pozulması deməkdir. Yaxud da kimsə qısa geyinib deyə dərsə buraxmayaq. Bu da qanunvericiliyin tələbinin pozulması deməkdir.Tələbə öz statusunu bilməlidir" .


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ