Jotanın ölümünü eşidən Salah bu addımı atdı
Tarix: Bu gün, 09:43
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

Jotanın ölümünü eşidən Salah bu addımı atdı

Bu gün, 09:43

“Liverpul”un cinah oyunçusu Məhəmməd Salah tətilini yarımçıq dayandıraraq vaxtından əvvəl geri dönəcək.
Reportyor.tv xəbər verir ki, bubarədə “Yallakora” məlumat yayıb.
Səbəb komanda yoldaşı Dioqo Jotanın faciəvi şəkildə həlak olmasıdır. Mənbənin bildirdiyinə görə, Salah Yunanıstanda davam edən tətilini növbəti həftəyə qədər planlaşdırsa da, bu gün İngiltərəyə gələcək.
Qəza iyulun 3-də baş verib. “Lamborghini” markalı avtomobilin təkəri partlayıb, maşın yoldan çıxaraq körpüdən aşıb və alovlanıb. Avtomobildə olan 28 yaşlı Jota və onun qardaşı hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Dioqo Jota 2020-ci ildən “Liverpul”da çıxış edirdi. O, klubun heyətində 182 oyunda 65 qol vurub və 26 məhsuldar ötürmə verib. Klub rəhbərliyi onun geyindiyi 20 nömrəli formanı əbədiləşdirib.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ