Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Məşhur sosial şəbəkə BAĞLANDI
Məşhur sosial şəbəkə BAĞLANDI

"ASKfm" sosial şəbəkəsinin elementləri olan sual-cavab xidməti dekabrın 1-dən fəaliyyətini dayandıracaq.
Bu barədə platformanın öz saytında elan yerləşdirilib.
Tərtibatçılar izah ediblər ki, platforma müasir istifadəçilərin ehtiyaclarına cavab vermədiyi üçün 10 ildən çox davam edən maraqlı səyahətin başa çatdığını elan etməli olublar.
Onların bəyanatına görə, yeni istifadəçilərin qeydiyyatı oktyabrın 24-də dayandırılıb və platformanın funksiyalarına dəstək tədricən dayandırılmağa başlayacaq.
“Şirkətin tarixi boyu komanda istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinə böyük diqqət yetirib. Bununla əlaqədar olaraq, bütün şəxsi məlumatlar ən qısa zamanda silinəcək”, - tərtibatçılar vurğulayıblar. (Publika.az)

Şərhlər